Ekologiyanın qorunması üçün məmura «rüşvət» təklifi
19 fevral 2013 07:51 (UTC +04:00)

Ekologiyanın qorunması üçün məmura «rüşvət» təklifi

Çinin Juyan şəhərindən olan sahibkar ölkənin ekologiya üzrə yüksək vəzifəli məmuruna maraqlı təklif edib.

 

 Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şəhərdəki çayın tullantılardan təmizlənməsi üçün məmura mükafat olaraq,  32 min dollar verəcəyini boyun olub.

 

Sahibkar həmin çaya yerli ayaqqabı fabriki tərəfindən tullantıların tökülməsi nəticəsində bu su hövzəsinin daşdığını əks etdirən fotoları yayıb.
 

Məmur Bao Çjenmin isə çayın çirklənməsində yerli əhalini suçlayıb.

 

Yerli mətbuatın yazdığına görə,  Bao Çjenmin məsəlyə zarafatla yanaşaraq, üç ildən sonra tullantıların emalı üçün yeni zavod tikiləcək.

 

# 1677
avatar

Oxşar yazılar