Netanyahu dondurmanı da büdcə hesabına yeyirmiş
19 fevral 2013 07:02 (UTC +04:00)

Netanyahu dondurmanı da büdcə hesabına yeyirmiş

İsrailin baş naziri Netanyahu  Qüdsdəki iqamətgahı üçün dondurma alınmasından imtina edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, buna səbəb baş nazirin sevimli vərdişinə qarşı ölkədə vergi ödəyicilərinin çıxması olub. Onlar bu məsələni müzakirə edərək, baş nazirin evdə püstəli dondurma və «fransız vanili»-ni xoşlaması yerli mətbuatdan öyrəniblər. Məlum olub ki, baş nazirin bu vərdişi ildə dövlət büdcəsinə 2,7 min dollara başa gəlir.

 

Bu məsələnin rezonansından sonra Netanyahu həmin ərzaqla bağlı müqavilələrin ləğv edilməsi haqda göstəriş verib.

 

# 837
avatar

Oxşar yazılar