Yaponiya baş nazirinin özəl elçisi Moskvaya gedir
19 fevral 2013 06:18 (UTC +04:00)

Yaponiya baş nazirinin özəl elçisi Moskvaya gedir

Yaponiya baş nazirinin özəl elçisi, keçmiş baş nazir Yosiro Morinin bu həftə Moskvaya səfər edəcəyi gözlənilir.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, Rusiya hakimiyyətinin təmsilçiləri görüşlər keçirməyi planlaşdırır.

 

Yaponiya hökumətinin baş katibi Yosixide Suqinin sözlərinə əsasən, Morinin Rusiyaya səfəri fevralın 20-də başlaycaq və səhəri gün, o,görüşlər keçirəcək.

 

Yerli KİV-in məlumatına görə, özəl elçinin səfərində başlıca məqsəd baş nazir Sindzo Abenin Moskvaya ziyarətinə hazırlıqdır.

 

Agentlik bildirib ki, Mori Yaponiya hökumət başçısının məktubunu Rusiya rəhbərliyinə çatdıracaq. 

# 400
avatar

Oxşar yazılar