Seçkidəki saxtakarlıqdan danışan səfir XİN-ə çağırılıb
19 fevral 2013 03:51 (UTC +04:00)

Seçkidəki saxtakarlıqdan danışan səfir XİN-ə çağırılıb

Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç televiziya fevralın 18-də keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı müsahibə verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, seçkinin nəticələrini olduqca mənfi qiymətləndirib.

Britaniyalı səfir deyib ki, Ermənistanda keçirilən prezident seçkisi kütləvi şəkildə kobud qanun pozuntuları ilə müşayiət edilib: «Ermənistandan əhalinin kütləvi şəkildə köçüb getməsinə baxmayaraq, hökumətin tapşırığı ilə mərkəzi seçki komissiyasının seçici siyahısında 2 milyon 500 min adamın adının göstərməsi, bunların hamısının da seçkidə iştirak etdiyini iddia etməsi məntiqsiz görünür».

 Səfir seçkilərin qeyri-demokratik və Avropa standartlarına uyğun keçmədiyini bildirib.


Xatırladaq ki, müsahibədən bir neçə saat sonra  səfiri Ketrin Liç Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

# 844
avatar

Oxşar yazılar