Bank oğruları edamdan öncə pul ödəyəcək
19 fevral 2013 05:12 (UTC +04:00)

Bank oğruları edamdan öncə pul ödəyəcək

Ötən ilin ən hay-küyül məsələlərindən biri İran banklarından külli miqdarda pulun yoxa çıxması xəbəri oldu.

Lent.az-ın məlumatına görə, İran Ali Məhkəməsi bank oğurluğunda günahlandırılan 4 nəfərə çıxarılmış ölüm hökmünü təsdiqləyib.

Qurumun hökmünə əsasən, Əmir Mənsur Ariya adına Kapital Qoyuluşu İnkişaf Şirkətinin icraçı direktoru Məhafərid Xosrəvi, şirkətin əməkdaşları  - Behzad Behzadi, İrəc Şücai və “Saderat” bankının Əhvazdakı şöbəsinin keçmiş sədri Səid Rzazadə-Kiyani «yer üzündə fəsad törətməkdə» günahlandırılaraq, pul cəriməsi ödəməklə yanaşı, edama məhkum edilib.

İran «Milli Bank»ı Kiş adası şöbəsinin sədri ömürlük həbs, daha dörd nəfər isə işdən azad edilməklə yanaşı 10 il iş və şallaq zərbələri cəzası alacaq.

Baş Prokurorluğunun rəsmisi Nasir Sirac jurnalistlərə açıqlamasında müttəhimlərə çıxarılan hökmdən danışıb: “Müttəhimlərə çıxarılan ölüm hökmü qətidir. Hökm artıq icraya hazırdır”.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran “Milli Bankı”-ndan və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.

2011-ci il sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir. O, İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

 

# 892
avatar

Oxşar yazılar