Tunisdə siyasi partiyalar anlaşa bilmir
19 fevral 2013 03:22 (UTC +04:00)

Tunisdə siyasi partiyalar anlaşa bilmir

Tunisin baş naziri Hamad Cebali texnokratlardan ibarət yeni hökumətin formalaşması ilə bağlı  ölkədəki ən böyük siyasi partiyaların razılığa gələ bilmədiyini bəyan edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partiya liderləri ilə keçirdiyi müşavirədən sonra o, deyib: «Siyasi partiyanın üzvü olmayanlardan ibarət kabineti formalaşdırmaqla bağlı təşəbbüsüm birsəslə dəstəkləmədi».

 

Bununla belə o, növbəti seçkilərədək partiyasızlardan ibarət yeni hökumətin formalaşdırılması davam edir.

Qeyd edək ki, bu yaxınlarda hökumət başçısı əsasən islamçılardan ibarət nazirlər kabinetini buraxıb, siyasi partiya üzvü olmayan «texnokratlardan» yeni hökumət formalaşdıracağını bəyan etmişdi.

 

Bu təklifi baş nazir müxalifət lideri Şükrü Belaidin qətlindən sonra irəli sürüb.

 

Müxalifət onun qətlində islamçıları ittiham etsə də, qarşı tərəf bu ittihamı rədd edib. 

 

# 425
avatar

Oxşar yazılar