Nə Məmmədov, nə də Məmmədyarov...
18 fevral 2013 15:25 (UTC +04:00)

Nə Məmmədov, nə də Məmmədyarov...

Rusiyanın paytaxtı Moskvada keçirilmiş ənənəvi beynəlxalq “Aeroflot Open 2013” şahmat festivalına yekun vurulub. Lent.az-ın məlumatına görə, final mərhələsinin 16 iştirakçısı arasında Azərbaycanın 2 təmsilçisi də olub.

 

Lakin nə Şəhriyar Məmmədyarov, nə də Rauf Məmmədov mükafatçılar sırasına düşə bilib. Məmmədyarov 1/8 finalda vyetnamlı Le Quanq Liemə qalib gəlsə də, ¼ finalda rusiyalı Aleksandr Qrişuka uduzaraq 5 – 8-ci yerləri bölüşdürüb. Məmmədov isə 1/8  finalda rusiyalı Pyotr Svidlerə məğlub olub.

 

Turnirin qalibi Rusiya şahmatçısı Sergey Karyakin olub.

 

# 691
avatar

Oxşar yazılar