Azərbaycan yığması Avropanın ən qədim turnirində
18 fevral 2013 14:58 (UTC +04:00)

Azərbaycan yığması Avropanın ən qədim turnirində

Azərbaycan boksçuları fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi “Strandja” turnirində mübarizə aparacaqlar. Lent.az-ın məlumatına görə, 4 gün davam edəcək yarışda Bolqarıstan, Belarus, Qazaxıstan, Braziliya, İtaliya, Rusiya, Ukrayna, Özbəkistan komandalarının iştirakı gözlənilir.

 

Avropanın ən qədim boks turniri hesab olunan “Strandja”da 5 idmançımız qələbə uğrunda yarışacaq. Millimizin heyətində ən təcrübəli boksçu gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı, Yeniyetmələrin ilk Olimpiya Oyunlarının finalçısı Elvin İsayevdir. 60 kq çəki dərəcəsindəki boksçumuz ötən il Rusiyanın Kalininqrad şəhərində keçirilmiş 19 - 22 yaşlıların Avropa çempionatının qalibi olub. Azərbaycan çempionatının finalçılarından Münasib Məmmədov 49 kq, Əbdürrəhman Şirinov 52 kq, Cavid Çələbiyev 56 kq, Bəhruz Babayev isə 69 kq çəki dərəcəsində çıxış edəcək.

 

Qeyd edək ki, “Strandja” turnirində ölkəmizi hakim qismində Nazim Mirhüseynov təmsil edəcək.

 

# 611
avatar

Oxşar yazılar