"Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar"
18 fevral 2013 14:55 (UTC +04:00)

"Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar"

Fevralın 17-də saat 16.00 radələrində, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, lakin təsdiqini tapmayıb.

 

Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o, saxlanılıb.

# 1426
avatar

Oxşar yazılar