Şura QHT-lərə yenidən müraciət etdi
18 fevral 2013 14:43 (UTC +04:00)

Şura QHT-lərə yenidən müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə növbəti dəfə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şura ölkənin qeyri-hökumət təşkilatlarını Dağlıq Qarabağın və ətraf 7 rayonun işğalı faktını Minsk qrupunun həmsədr dövləti olan Amerika Birləşmiş Ştatlarının prezidentinin gündəliyinə prioritet mövzu kimi daxil edilməsinə yönəlik müraciətə səsverməni davam etdirməyə çağırır.

 

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş bu müraciət Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı ABŞ prezidentinin bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Kampaniyada iştirak etmək istəyənlər https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx -daxil ola bilərlər.

Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır. Bölmədə göstərilən "zip" xanasını boş qoymaq da mümkündür.

Qeydiyyat başa çatdıqdan sonra istifadəçinin e-mail ünvanına Ağ Evin rəsmi saytından təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır.

Qeyd: e-mail ünvanına gələn məktubun daxilindəki linkə keçid verərək daxil olmaq da mümkündür. "Log in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir və şəxsi hesab açılır. Şəxsi hesabınızda göstərilən "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq müraciəti imzalamaq mümkündür”.
 

Qeyd: Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

# 588
avatar

Oxşar yazılar