Xarici  işlər nazirləri Parisdə görüşə bilərlər
18 fevral 2013 14:03 (UTC +04:00)

Xarici işlər nazirləri Parisdə görüşə bilərlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə gələn həftə Parisdə görüşməyi təklif edib.

 

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak Fore məlumat verib.

 

Onun sözlərinə görə, vasitəçilər regiona növbəti səfərlərindən əvvəl nazirlərlə Parisdə daha bir görüş keçirməyi planlaşdırırlar: “Tərəflərə öz təklifimizi göndərmişik və hələlik cavab gözləyirik”.

 

J.For qeyd edib ki, həmsədrlərin planına əsasən, əvvəlcə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüş keçiriləcək, sonra isə “3+2” formatında görüş olacaq.

# 695
avatar

Oxşar yazılar