Bakıda naməlum avtomobillər 2 azyaşlını vurub
18 fevral 2013 13:44 (UTC +04:00)

Bakıda naməlum avtomobillər 2 azyaşlını vurub

Fevralın 16-da Bakıda naməlum avtomobillər iki azyaşlını vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 17.00 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Sumqayıt şəhər sakini 5 yaşlı Nihad Babayev vurulub.  Nəticədə xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

 

Fevralın 16-da saat 19.20 radələrində Yasamal rayonu ərazisində də müəyyən edilməmiş avtomaşın azyaşlını vurub. Şəhər sakini 7 yaşlı Lalə Zeynalova xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

# 1682
avatar

Oxşar yazılar