Bir sıra hərbi sənədlərə yenidən baxılacaq
18 fevral 2013 13:39 (UTC +04:00)

Bir sıra hərbi sənədlərə yenidən baxılacaq

Milli Məclisdən APA-ya verilən məlumata görə, hərbi qanunvericilik aktlarının monitorinqi üzrə parlament də daxil olmaqla müvafiq qurumlar arası komissiyanın araşdırmaları nəticəsində bəzi sənədlərin yenidən işlənməsinə, bəzilərində isə xeyli dəyişikliklər edilməsinə ehtiyac olması üzə çıxıb.

 

Bu sənədlər arasında “Hərbi vəziyyət haqqında”, Sülhməramlı əməliyyatlarda iştirak haqqında”, “Hərbi tribunallar haqqında”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Hərbi xidmət keçmə haqqında” və bir sıra digər qanunlar var. Bu qanunların bir çoxunun mövcud variantının artıq müasir tələblərə cavab vermədiyi və beynəlxalq əlaqələri tənzimləmək gücündə olmadığı üzə çıxıb. Qeyd olunan qanunvericilik sənədlərinin yenidən işlənməsinə bu ildən başlanması gözlənilir. Eyni zamanda Avropa ölkələrində hərbi sahədə mövcud yeni qanunların da Azərbaycanda tətbiq olunması planlaşdırılır.

# 1470
avatar

Oxşar yazılar