Yanvar ayında neft və qaz hasilatı azalıb
18 fevral 2013 13:08 (UTC +04:00)

Yanvar ayında neft və qaz hasilatı azalıb

Yanvar ayında Azərbaycanda sənayenin mədən çıxarma bölməsində məhsul istehsalı 1.8 faiz azalıb.

 

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvar ayında neft hasilatı 3.1 faiz, əmtəəlik qaz hasilatı  4.7 faiz azalıb, 3.8  milyon ton neft və 1.5 milyard kub metr qaz hasil edilib.

 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.3 faiz artıb, neft sektorunda isə 0.4 faiz azalıb.

# 705
avatar

Oxşar yazılar