Aygün Kazımova qrupların yarışında
18 fevral 2013 13:07 (UTC +04:00)

Aygün Kazımova qrupların yarışında

ATV kanalında dünyada ilk dəfə qrupların yarışması, “Qrup № 1” layihəsinin növbəti buraxılışı olacaq. Lent.az-ıın məlumatına görə, 20 qrupun qatıldığı layihənin bu axşam efirə gedəcək buraxılışında ötən həftənin ən az səs toplayan qrupu “Avantaj” ilə duelə çağırdığı “Favorit” yarışacaq.

 

Qeyd edək ki, layihənin seçim turuna müxtəlif janrda (muğam, pop, rep, estrada, rok, latina və s.) ifa edən qruplar qatılıb. Əsas mərhələ üçün 20 qrup seçilib. Layihə hər həftənin bazar ertəsi saat 22:00-dan 00:00-dək ATV-nin canlı efirində yayımlanır.

 

Yarışmanın münsiflər heyəti  bəstəkarlar Vüsalə Hikmət və Elçin İmanov, musiqiçi və bədii rəhbər Asif Kərimov, şair Reşat  Kəsəmənli və tanınmış reper, “Dəyirman” qrupunun üzvü El-Mirdən ibarətdir. Layihənin dörd daimi və bir dəyişən münsifi var. Bu axşam xalq artisti Aygün Kazımova münsif heyətində qonaq qismində iştirak edəcək.

 

Yarışmanın informasiya dəstəyi LENT.AZ-a məxsusdur.

 

# 1583
avatar

Oxşar yazılar