Azərbaycanda “jurnalistlər” polisi şantaj edib
18 fevral 2013 13:04 (UTC +04:00)

Azərbaycanda “jurnalistlər” polisi şantaj edib

Fevralın 16-da saat 09.50 radələrində, Bakı-Qazax yolunun 267-ci km-də, Bakı şəhər sakini Rövşən Qafarov "Saipa" markalı avtomaşını idarə edərkən, yol-hərəkəti qaydalarını pozub. Lent.az-ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, buna görə avtomobil Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman avtomaşında olan sərnişinlər Xuraman Quliyeva, Ayaz Əmirov və Təbriz Dəmirov özlərini "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru, redaktor müavini və müxbiri kimi təqdim edərək, kamera vasitəsilə polis əməkdaşlarını çəkib. Həmin şəxslər polisləri işdən azad etdirəcəkləri ilə hədələyib.

 

Faktla əlaqədar prokurorluq tərəfindən araşdırmalar aparılır.

# 1324
avatar

Oxşar yazılar