Roland Kobia: “Tərəflər gərginliyin artmasından çəkinməlidir”
18 fevral 2013 12:28 (UTC +04:00)

Roland Kobia: “Tərəflər gərginliyin artmasından çəkinməlidir”

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırır.


 

 APA-nın xəbərinə görə, ermənilər tərəfindən Azərbaycanın işğal altındakı ərazisində yerləşən Xocalı aeroportunun açılması cəhdlərinə münasibət bildirən AB-nin Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında deyib ki, hər kəs gərginliyin artmasına yönəlmiş addımlardan çəkinməlidir: “Bütün tərəfləri beynəlxalq hüquqa və prinsiplərə hörmət etməyə çağırırıq. Təbii ki, Avropa Birliyi münaqişənin sülh yolu ilə həllində israrlıdır”.

 

# 568
avatar

Oxşar yazılar