Atəşkəs pozulmaqda davam edir
18 fevral 2013 10:15 (UTC +04:00)

Atəşkəs pozulmaqda davam edir

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu

dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

# 504
avatar

Oxşar yazılar