Sarkisyan Türkiyəni hədələdi
16 fevral 2013 16:25 (UTC +04:00)

Sarkisyan Türkiyəni hədələdi

 

“Bu baş verərsə və rəsmi Ankara gələcəkdə bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, şərtlər də yeni olacaq”


 

 

«Ankara protokolların ratifikasiyasını ləngitməyə davam edərsə, İrəvan Türkiyə ilə imzalanmış sənədlərdən imtina edəcək». 

APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan «Qolos Rossii» radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə sənədləri ratifikasiya etməsə, Ermənistan protokolların ratifikasiyası məsələsini parlamentinin gündəliyindən çıxararaq, onun imzasını etibarsız saya bilər: “Bu baş verərsə və gələcəkdə rəsmi Ankara bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, yeni danışıqlar aparılacaq, yeni şərtlər olacaq”.

 

 

S.Sarkisyan qeyd edib ki, 2009-cu ildə imzalanan və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da nəzərdə tutan Ermənistan-Türkiyə sazişlərinin tərəfdarıdır.

 

Qeyd edək ki, Sürixdə imzalanan protokollar hələlik iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmayıb.

# 7602
avatar

Oxşar yazılar