FİLA prezidentinin istefasında Rusiya barmağı
16 fevral 2013 15:01 (UTC +04:00)

FİLA prezidentinin istefasında Rusiya barmağı

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) növbədənkənar hesabat-seçki konqresinin vaxtı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu barədə “wrestrus.ru”ya Rusiya İdman Güləşi Federasiyasının (FSBR) I vitse-prezidenti Georgi Bryusov açıqlama verib.

 

O bildirib ki, konqres aprelin sonları-mayın əvvəllərində Moskvada baş tutacaq. Belə bir qərar FİLA-nın Tailandda keçirilən Bürosunda verilib. Toplantıda 3 qat olimpiya çempionu Aleksandr Karelin yekdilliklə Büroya üzv kimi daxil edilib.

 

Bryusovun sözlərinə görə, Büroda FİLA-nın prezidentinə “Beynəlxalq Olimpiya Komitəsində güləşi olimpiada proqramından çıxarmağa nə vadar edib?” sualı ünvanlanıb. Martinetti inandırıcı cavab verə bilməyib və yerindən qalxaraq, iclas zalını tərk edib. Bu zaman FSBR prezidenti Mixail Mamiaşvili FİLA prezidentinə etimadsızlıq göstərilməsi barədə məsələ qaldırıb. Səsvermənin nəticəsi belə olub – 11:10. Beləliklə, Martinetti istefaya göndərilib. Bundan sonra Mamiaşvilinin təklifi ilə FİLA Bürosuna əfsanəvi güləşçi, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelin seçkisiz daxil edilib.  

 

FİLA Bürosu FSBR-in hazırladığı böhran qrupu layihəsini də təsdiqləyib. Bu layihədə böhran qrupu güləşin 2025-ci ilədək inkişaf strategiyasının hazırlanmasını, nəhəng marketinq şirkətləri ilə əlaqələri və mayda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası üçün güləşin təqdimatını hazırlamağı öz üzərinə götürəcək.

 

# 815
avatar

Oxşar yazılar