Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir
16 fevral 2013 13:50 (UTC +04:00)

Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir

Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi dəstəklənib.


 

APA-nın məlumatına görə, qurultay nümayəndələri tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb, bununla bağlı dövlət başçısına müraciət qəbul olunub.

 

Müraciətdə İlham Əliyevin ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi Azərbaycanın inkişafına ciddi töhfələr verdiyi qeyd edilib.

 

Bildirilib ki, Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə, bölgənin lider dövlətidir.

 

“Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana Sizin kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Ona görə də biz ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayırıq. Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir. Əmin ola bilərsiniz ki seçki kampaniyasında fəal iştirak edərək, apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq”, - deyə müraciətdə vurğulanır

 

# 1452
avatar

Oxşar yazılar