Qar yağacaq
16 fevral 2013 12:43 (UTC +04:00)

Qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti fevralın 17-nə olan hava haqqında proqnozu açıqlayıb. Lent.az-ın məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

# 6324
avatar

Oxşar yazılar