Mario Balotelli yenə qol vurdu
16 fevral 2013 11:14 (UTC +04:00)

Mario Balotelli yenə qol vurdu

İtaliya milli komandasının futbolçusu Mario Balotelli “Milan”ın heyətində  4-cü qolu vurub. Lent.az-ın məlumatına görə, Balotelli A seriyasında 25-ci turun açılış oyunu sayılan “Parma” ilə qarşılaşmada da fərqlənib.

 

Hesabı 39-cu dəqiqədə “Parma”nın oyunçusu Qabriel Paletta öz qapısına göndərib. 78-ci dəqiqədə Balotelli “Milan”ın aktivinə ikinci qolu yazdırıb. Qonaqlar yalnız uzatma dəqiqələrində təsəlli qolunu vurublar. Nikola Sansone fərqlənib.

 

Beləliklə, “Milan” 2:1 hesablı qələbə sayəsində xallarını 44-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. 25-ci turun qalan oyunları 16 – 18 fevralda olacaq. 

 

Qeyd edək ki, Mario Balotelli “Milan”ın heyətində əvvəlki görüşlərdə “Udineze”ni 2, “Kalyari”ni 1 dəfə məyus edib.

# 895
avatar

Oxşar yazılar