Droqba ilk oyunundaca coşdu
16 fevral 2013 10:41 (UTC +04:00)

Droqba ilk oyunundaca coşdu

Futbol üzrə Türkiyə Superliqasının açılış matçında “Qalatasaray” səfərdə autsayder “Akhisar Belediye” ilə üz-üzə gəlib. Lent.az-ın məlumatına görə, “sarı-qırmızılar”ın yeni transferi Didye Droqba debüt oyunundaca komandasını qələbəyə daşıyıb – 2:1.

 

63-cü dəqiqədə Umut Bulutun yerinə oyuna daxil olan Droqba cəmi 5 dəqiqə sonra hesabı açıb. 70-ci dəqiqədə isə o, Burak Yılmazın vurduğu qolu başladıb. Meydan sahiblərindən Sərtan təsəlli qolunu 85-ci dəqiqədə vura bilib.

 

Bu qələbə sayəsində “Qalatasaray” xallarını 43-ə çatdıraraq, vahid liderliyini davam etdirib. “Akhisar Belediye” isə 19 xalla 18-ci pillədə qalıb.

# 1782
avatar

Oxşar yazılar