Keçmiş konqresmen israfçılıqda suçlanır
16 fevral 2013 06:52 (UTC +04:00)

Keçmiş konqresmen israfçılıqda suçlanır

ABŞ-ın keçmiş konqresmeni kiçik Cessi Ceksonu seçki kampaniyası zamanı məqsədsiz yerə 750 min dollar maliyyə vəsaitini israf etmək suçlayıblar.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,onun bu pulları özünə baha əşyalar almağa xərclədiyi ehtimal edilir. Bu ehtimallar təsdiqlənərsə, o zaman C.Ceksonu 5 il həbs gözləyir.

 

İllinoys ştatının konqresmeni ABŞ-da tanınmış hüquq müdafiəçisi və ruhani Cess Ceksonun oğlu ötən ilin noyabrında korrupsiyada şübhələnilərkən, Nümayndələr palatasından çıxdığını bildirmişdi.

 

Onda o, bunu səhhəti ilə əlaqələndirmişdi. Hazırda C.Cekson depressiyadan müalicə olunur.

# 357
avatar

Oxşar yazılar