Çavesin dekabrın 12-dən sonrakı ilk fotoları
15 fevral 2013 20:29 (UTC +04:00)

Çavesin dekabrın 12-dən sonrakı ilk fotoları

Kubada müalicə olunan Venesuela prezidenti Uqo Çavesin dövlət televiziyası ilə dekabrın 12-dən sonra ilk fotoları yayımlanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, həmin fotolarda iki qızı ilə birlikdə gülür. Ötən il dekabrın 12-də prezident seçkisində qalib gəldikdən müalicə olunmaq üçün Kubaya gedib.

 

Bir müddət öncə İspaniyada çıxan «əl-Pais» qəzeti onun xəstə yatağındakı fotosunu yaymışdı. Ancaq sonradan bu «fotonun» saxta olduğu ortaya çıxıb.

 

Fevralın əvvəlində Venesuela Milli Assambleyasının sədri Diosdado Kabelo dövlət televizyiasına müsahibəsində prezident Uqo Çavesin səhhətinin yaxşılaşdığını bildirmişdi.

 

Çaves sonuncu dəfə kütlə qarşısında 8 həftə öncə çıxış edib.

 

# 1267
avatar

Oxşar yazılar