Vakant dövlət qulluğu vəzifələri tutmaq üçün müsabiqə elan edilib
15 fevral 2013 19:41 (UTC +04:00)

Vakant dövlət qulluğu vəzifələri tutmaq üçün müsabiqə elan edilib

Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu gündən etibarən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsabiqə elan edilib.

 

DQMK-dan APA-ya verilən xəbərə görə, 6 mart saat 18:00-dək davam edəcək ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə komissiyaya müraciət etməlidirlər.

 

Müsabiqədə iştirak edəcək dövlət orqanlarının sayı 12, vakant vəzifələrin sayı 85, vakant yerlərin sayı isə 89-dur. Belə ki, müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 17 vəzifə üzrə 17 yer, Mədəniyyət və Turizm Nazirliyində 2 vəzifə üzrə 2 yer, Təhsil Nazirliyində 7 vəzifə üzrə 7 yer, Maliyyə Nazirliyində 1 vəzifə üzrə 1 yer, Kənd Təsərrüfatı Nazirliyində 1 vəzifə üzrə 1 yer, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 3 vəzifə üzrə 3 yer, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 3 vəzifə üzrə 3 yer, Əmlak Məsələləri Dövlət Komitəsində 12 vəzifə üzrə 12 yer, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1 vəzifə üzrə 1 yer, Dövlət Sosial Müdafiə Fondunda 36 vəzifə üzrə 40 yer, Bakı Ağır Cinayətlər Məhkəməsində 1 vəzifə üzrə 1 yer, Bakı şəhər Nəsimi Rayon Məhkəməsində isə 1 vəzifə üzrə 1 yer ayrılıb. 

 

# 2643
avatar

Oxşar yazılar