Hava buludlu olacaq
16 fevral 2013 00:10 (UTC +04:00)

Hava buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu  açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 3-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı  gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək  isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti olacağı gözlənilir.

# 660
avatar

Oxşar yazılar