Xalıq yazıçısı “ASAN xidmət” mərkəzində
15 fevral 2013 17:51 (UTC +04:00)

Xalıq yazıçısı “ASAN xidmət” mərkəzində

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, publisist Çingiz Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olub. Bu barədə Lent.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

 

Qonağı salamlayan Dövlət Agentliyin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib.

 

Yaradılmış şəraiti yüksək qiymətləndirən görkəmli yazıçı Ç. Abdullayev “ASAN xidmət” mərkəzinin fəaliyyətindən və çevikliyindən, əməkdaşların peşəkar yanaşmasından məmnun qaldığını söyləyib.

# 1110
avatar

Oxşar yazılar