Milli Məclis yeni rüsum müəyyənləşdirdi
15 fevral 2013 16:21 (UTC +04:00)

Milli Məclis yeni rüsum müəyyənləşdirdi

Bu gün Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişiklik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri ilə bağlıdır.

Əlavədə bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün 50 manat rüsum ödəniləcək.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

 

 

# 2421
avatar

Oxşar yazılar