Parlamentdə İƏT-in Ticarət və İnkişaf Bankının Nizamnaməsi təsdiqləndi
15 fevral 2013 16:16 (UTC +04:00)

Parlamentdə İƏT-in Ticarət və İnkişaf Bankının Nizamnaməsi təsdiqləndi

Bu gün Milli Məclisin iclasında “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Ziyad Səmədzadə deyib ki, Azərbaycanın bu təşkilatda gələcəkdə inkişaf imkanları genişlənəcək. O, millət vəkillərini qanun layihəsini dəstəkləməyə çağırıb.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

# 592
avatar

Oxşar yazılar