Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa edilir
15 fevral 2013 15:55 (UTC +04:00)

Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdə müasir yanaşmaya, mütərəqqi dünya təcrübəsindən irəli gələn iş üsullarına üstünlük verir. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bu istiqamətdə yeni sosial layihələrdən biri olaraq Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir. Mərkəz 4 mərtəbədən ibarət olmaqla, digər yardımçı korpuslara (idman zalı, hovuz, konfrans zalı və s.) malik olacaq və burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

# 669
avatar

Oxşar yazılar