“Simurq” Macarıstan çempionunu transfer etdi
15 fevral 2013 15:12 (UTC +04:00)

“Simurq” Macarıstan çempionunu transfer etdi

Zaqatalanın "Simurq" klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bosniyalı dayaq yarımmüdafiəçisi Nenad Kiso ilə müqavilə bağlanılıb.

 

24 yaşlı oyunçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, “Simurq”un Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı zamanı baxışa gələrək, bəyənilib.

 

Qeyd edək ki, Nenad Kiso karyerası ərzində Bosniya və Herseqovinanın 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Gənc yarımmüdafiəçinin son klubu Macarıstan çempionu “Debretsen” olub. 

 

# 751
avatar

Oxşar yazılar