İki şahmatçımız yarımfinalda
15 fevral 2013 14:07 (UTC +04:00)

İki şahmatçımız yarımfinalda

Azərbaycan şahmatçıları Rauf Məmmədov və Qədir Hüseynov Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2013”ün yarımfinalına vəsiqə qazanıblar. Lent.az-ın məlumatına görə, beynəlxalq festivalda sürətli şahmat üzrə Məmmədov 9 oyundan 7 xalla 3-cü yeri tutub.

 

Hüseynov isə 6,5 xalla 11-ci olub. Digər kişi şahmatçılarımızdan Vasif Durarbəyli 5 xal, beynəlxalq usta İlqar Bacarani 4 xal toplayıb. Onlar ilk 32 yeri tutanlar arasına daxil ola bilmədiklərindən, mübarizəni dayandırıblar.

 

Yarımfinalda ilk 8 yeri tutacaq şahmatçılar finala çıxacaqlar. Həlledici mərhələdə onlara qoşulacaq dünyanın 8 ən güclü şahmatçısı arasında Şəhriyar Məmmədyarov da olacaq.

 

Blits turnirdə isə Rauf Məmmədov 18 oyundan 13.5 xalla 8-ci, Şəhriyar Məmmədyarov 12.5 xalla 12-ci, Qədir Hüseynov 12 xalla 23-cü, Vasif Durarbəyli 12 xalla 30-cu yeri tutub. İlqar Bacarani isə 8 xalla 169-cu yerdə qərarlaşa bilib.

 

Qeyd edək ki, festivala 21 ölkədən 257 şahmatçı qatılıb.

# 715
avatar

Oxşar yazılar