Kaliforniyada muğam konserti keçirilib
15 fevral 2013 12:39 (UTC +04:00)

Kaliforniyada muğam konserti keçirilib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə fevralın 11-də ABŞ-ın tanınmış Berkli Universitetinin Musiqi Fakültəsində Azərbaycan muğamı konserti keçirilib. Konsulluqdan Lent.az-a verilən məlumata görə, mahir instrumental sənətkarlar İmamyar Həsənov (kamança), Rüfət Həsənov (tar) və Elşən Qasımovun (nağara) ifa etdikləri “Çahargah”, “Bayatı-Şiraz”, “Mahur”, “Şur”, “Şahnaz”, “Segah” və digər Azərbaycan muğamları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Konsertdə Berkli Universitetinin professor və tələbə heyəti, həmçinin bir sıra digər qonşu universitetlərdə çalışan musiqişünaslar və peşəkar musiqiçilər iştirak ediblər.

Qeyd edək ki, sözügedən muğam triosu növbəti gün Stanford Universitetində də geniş konsert proqramı ilə çıxış edib.

# 650
avatar

Oxşar yazılar