Rusiyada qəribə olay: göydən od yağdı
15 fevral 2013 10:49 (UTC +04:00)

Rusiyada qəribə olay: göydən od yağdı

Bu gecə Rusiyanın Çelyabinsk vilayətinə meteorit yağışı yağdığı ehtimal olunur.

 

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

İlkin məlumatlara görə, 10 km yüksəklikdə partlayış baş verib. Bununla bağlı məlumatın araşdırıldığını bəyan edən Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilir ki, bir sıra yaşayıq qəsəbələrində evlərin pəncərələrinin şüşələri sınıb. Dağıntı və tələfat yoxdur.

 

Hüquq-mühafizə orqanlarındakı mənbələr isə “RİA Novosti”yə bildiriblər ki, həmin ərazidə hər hansı hava gəmisi ilə bağlı olay baş verməyib.

 

 

 

# 4761
avatar

Oxşar yazılar