70 jurnalist vəzifə başında öldürülüb
15 fevral 2013 07:13 (UTC +04:00)

70 jurnalist vəzifə başında öldürülüb

Hüquq müdafiəçiləri ötən il onlarla jurnalistin öldürüldüyünü və yüzlərlə bu peşə sahibinin tutulduğunu bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-da fəaliyyət göstərən «Jurnalistləri müdafiə komitəsi» 2012-ci ildə 70 jurnalist öz peşə vəzifəsini icra edərək öldürüldüyünü, 330-un tutulduğu barədə hesabat yayıb.

 

Onlar Suriyada hərbi əməliyyatları zaman, bir çox hallarda isə kriminal və korrupsiya ilə bağlı məsələləri işıqlandırdıqları üçün öldürülüb.

 

Hüquq müdafiəçiləri xüsusi olaraq vurğulayıb ki, jurnalistlərə qarşı törədilən cinayətlər əsasən cəzasız qalır, bu isə dünyada azad söz üçün ciddi təhlükə yaradır.

 

# 1097
avatar

Oxşar yazılar