Malidə prezident seçkisinin vaxtı açıqlandı
15 fevral 2013 06:10 (UTC +04:00)

Malidə prezident seçkisinin vaxtı açıqlandı

Malidə prezident seçkisi 2013-cü il iyulun 7-də keçiriləcək. Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, hökumət təmsilçisi Mussa Sinko deyib ki, bu siyasi kampaniyanın ilk raundu iyulun ilk bazar günü olacaq. O, əlavə edib ki, əgər birinci turda namizədlər 50 faizdən çox səsi toplamazsa, o zaman ikinci tur iyulun 21-də keçiriləcək.

 

Hazırda prezident səlahiyyətlərini Dionkunde Traore icra edir.O, bu vəzifəni 2012-ci ilin aprelindəki dövlət çevrilişindən sonra tutub. Onda devrilişi hərbçilər etmişdi.

 

Ölkə ərazisinin  böyük bir hissəsi tuareqlərin qiyamı nəticəsində mərkəzi hakimiyyətin nəzarətindən çıxıb. Ölkənin şimalında vəziyyət ağır olaraq, qalmaqdadır. Tuareqlər bu hissədə «Azavad» adlı dövlət qurduqlarını elan etmişdi. Sonra onlara islamçı adı altında qüvvələr birləşdi. Yanvarın 10-da Fransa ordusu Maliyə daxil oldu. Onlar hökumət ordusu ilə birlikdə şimaldakı silahlıları tutduqları mövqedən sıxışdırmağa başlayıb.

 



# 446
avatar

Oxşar yazılar