Gürcüstan-Rusiya ikinci görüş: martın 1-də
15 fevral 2013 04:50 (UTC +04:00)

Gürcüstan-Rusiya ikinci görüş: martın 1-də

Gürcüstanla  Rusiya arasında münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin, Zurab Abaşidzenin və Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasınin ikinci görüşü martın 1-də keçiriləcək.

 

Lent.az-ın “RBK”ya istinadən məlumatına görə, bu barədə Tiflisdə jurnalistlərə açıqlamasında Zurab Abaşidze deyib.

 

Onun sözlərinə əsasən,  görüşün keçiriləcəyi yer hələlik müəyyən olunmayıb, ancaq Avropa şəhərlərinin birində bu danışıqların gerçəkləşəcəyi istisna edilmir.

 

Xatırladaq ki, 2008-ci ilin avqust olayından sonra Gürcüstan - Rusiya münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin ilk görüşü 2012-ci il dekabrın ortalarında Cenevrədə keçirilib. 

 

# 662
avatar

Oxşar yazılar