Ruandalı qatilə Norveçdə 21 il iş kəsilib
15 fevral 2013 03:57 (UTC +04:00)

Ruandalı qatilə Norveçdə 21 il iş kəsilib

Norveç məhkəməsi Ruandadan olan Sadi Buqinqonun 21 il azadlıqdan məhrum edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o,1990-cı illərdə Ruandada kütləvi qətllərdə, etnik təmizləmə iştirakda ittiham olunub.

 

Məhkəmənin bəyanatına əsasən, Buqinqo 2 min nəfərədək insanın qətl olunmasında birbaşa iştirak edib. Hakim bu cinayətin törədilməsində onun göstəriş verməsini sübut kimi göstərib.

 

Müttəhim isə 1994-cü ildə Ruandadakı soyqırımda iştirakını inkar edib. O,10 ildən artıqdır Norveçdə yaşayır.

 

Xatırladaq ki, həmin illərdə Ruandada 800 minə yaxın insan soyqırım qurbanı olub. Qətlə yetirilənlərin 90 faizi isə tutsi xalqına məxsusdur.

 

# 511
avatar

Oxşar yazılar