Karzay NATO-dan izahat istəyib
15 fevral 2013 01:55 (UTC +04:00)

Karzay NATO-dan izahat istəyib

Əfqanıstan prezident Həmid Karzay NATO-nun ölkəsindəki silahlı qüvvələr komandanı Cozef Danforddan izahat tələb edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, fevralın 13-də alyansın avia həmləsi nəticəsində 3 taliban yaraqlısı, 9 dinc əfqan həlak olmuşdu.

 

NATO komandalığı bildirib ki, general Danford həlak olmuş dinc sakinlərin qohumlarına şəxsən baş sağlığı verib. NATO təmsilçiliyi onu da qeyd edib ki, baş vermiş olayla bağlı araşdırma aparılır. 

# 499
avatar

Oxşar yazılar