Pakistanda partlayış: 16 nəfər həlak olub
14 fevral 2013 21:27 (UTC +04:00)

Pakistanda partlayış: 16 nəfər həlak olub

Pakistanın şimal-qərbində törədilən partlayışlarda azı 16 nəfər həlak olub, onlarla adam yaralanıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, intiharçının nəzarət-buraxılış məntəqəsində törətdiyi partlayışda 5 polis həlak olub.

Orakzay rayonunda isə avtobusun minaya düşməsi nəticəsində azı 7 könüllü əsgər ölüb.

Bundan əvvəl elə həmin rayonda sərnişin avtobusunun yolda minaya düşməsi nəticəsində isə 2 nəfər ölüb.

 

Hələlik baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürən yoxdur. Bununla belə onu «Təhrike- talibane Pakistan» («Pakistan taliban hərəkatı») törətdiyini ehtimal edənlər də var. 

# 382
avatar

Oxşar yazılar