Helikopterin “qara qutusu” tapılıb
12 fevral 2013 13:31 (UTC +04:00)

Helikopterin “qara qutusu” tapılıb

Dünən səhər Bakının Qaradağ rayonu yaxınlığında qəzaya uğrayaraq dənizə düşən hərbi helikopterin “qara qutusu” tapılıb.

 

 Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib.

 

Nazirlik sözçüsü “qara qutu”nun aparılan axtarış tədbirləri nəticəsində bir qədər əvvəl aşkarlandığını deyib.

 

E. Sabiroğlunun sözlərinə görə, “qara qutu”dakı informasiyaların oxunuşu başa çatdırılandan sonra qəzanın dəqiq səbəbi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

 

Hər üç hərbçinin meyiti tapılaraq sudan çıxarılıb.

 

 

# 2368
avatar

Oxşar yazılar