Bakıda sərnişin avtobusları toqquşdu
12 fevral 2013 12:26 (UTC +04:00)

Bakıda sərnişin avtobusları toqquşdu

Bu gün saat 10:30 radələrində Bakının Sabunçu rayonun, Bakıxanov qəsəbəsində 2 sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. 

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, qəzada 55 saylı avtobus qarşıdan gələn 185 saylı avtobusla toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda hadisə yerində polis əməkdaşları və təcili yardım həkimləri çalışır. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza avtobus sürücülərinin ötmə əməliyyatı aparması nəticəsində baş verib.

 

# 1845
avatar

Oxşar yazılar