Azərbaycanda qazla təmin olunan abonentlərin sayı açıqlandı
12 fevral 2013 11:45 (UTC +04:00)

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı açıqlandı

 

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilən abonentlərin sayını açıqlayıb.

 

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1 fevral tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 500 min 143-ə çatıb.

 

Bu abonentlərin 1 milyon 481 min 847-i əhali, 18  min 296-ı qeyri-əhali abonentidir. Həmin abonentlərin 665 min 662-i Bakı şəhəri (656077 əhali, 9585 qeyri-əhali abonenti), 834 min 481-i isə regionların payına düşür (825770 əhali, 8 min 711-i qeyri-əhali abonenti).  Ümumilikdə 1 milyon 499 min 953 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunların da 1 milyon 481 min 657-i əhali (99,99 faiz), 18 min 296-sı qeyri-əhali (100 faiz) istehlakçılarıdır. S

 

Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 656 min 13 əhali abonenti (99,99 faiz), 9 min 585 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 825 min 644 əhali abonenti (99,98 faiz) və 8 min 711 qeyri-əhali abonenti (100 faiz) sayğaclaşdırılıb. Ümumilikdə Bakı şəhəri üzrə 665 min 598 abonent (100 faiz), regionlar üzrə isə 834 min 355 abonent (100 faiz) sayğaclaşdırılıb. 1 fevral tarixə əhali abonentlərinin mənzillərində təxminən 626 min “smart-kart” tipli sayğac quraşdırılıb.                               

# 672
avatar

Oxşar yazılar