Kəmaləddin Heydərov zəlzələ bölgəsində
12 fevral 2013 10:43 (UTC +04:00)

Kəmaləddin Heydərov zəlzələ bölgəsində

 

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə səfər edib.

 

APA-nın məlumatına görə, K. Heydərov bölgəyə səfəri çərçivəsində Zaqatala rayonunda aparılan tikinti işləri ilə yerində tanış olacaq, yerli sakinlərlə görüşəcək. 

 

Qeyd edək ki, ötən il mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Bir müddət sonra Balakəndə baş verən yeraltı təkanlar nəticəsində də evlərə və digər tikililərə ziyan dəyib.

 

Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq məqsədilə dövlət büdcəsindən vəsait ayrılıb.

# 1863
avatar

Oxşar yazılar