Böyükağa Hacıyev : Vaqif Sadıqov = 2
12 fevral 2013 10:37 (UTC +04:00)

Böyükağa Hacıyev : Vaqif Sadıqov = 2

 

2013-cü ilin ilk rəsmi matçı “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIX turunun “Kəpəz”lə oyununda komandasını 50-ci çempionat matçına çıxarıb. 

 

Bu 50 qarşılaşmada bakılılar 30-cu qələbəsini qazanıb. Hacıyevin rəhbərliyi altında 5 heç-heçə edən “ağ-qaralar” 15 dəfə uduzub. Bu matçlardakı top fərqi 93:51-dir.

 

Digər tərəfdən, “Rəvan” Premyer Liqada uğursuz oyunlar seriyasına son qoyub. Ötən il noyabrın 19-da AZAL-ı 1:0 hesabı ilə yendikdən sonra ardıcıl 5 məğlubiyyət alan bakılılar 82 gündən sonra 3 xal qazanıb. “Turan”ı 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin başa çatan məğlubiyyət seriyası klub tarixinin antirekordu olub. Son turdakı qələbə həm də bakılıların Premyer Liqada 15-ci qələbəsi olub.

 

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov isə paytaxt təmsilçisini 25-ci dəfə meydana çıxarıb. AZAL-ı 24 çempionat və 1 kubok matçına çıxaran Sadıqovun rəhbərliyi altında komanda 7 qələbə qazanıb və eyni sayda məğlubiyyət acısı yaşayıb. Digər 11 qarşılaşma isə heç-heçə ilə başa çatıb. 

 

# 882
avatar

Oxşar yazılar