Xan Azərbaycana söz verdi: “Bircə çağırışınız bəsdi...”
24 yanvar 2013 11:46 (UTC +04:00)

Xan Azərbaycana söz verdi: “Bircə çağırışınız bəsdi...”

“Bizim Seyfulla Fondu ilə sizin səfirliyin və Heydər Əliyev Fondunun əməkdaşlığı yüksək səviyyədədir. Birgə humanitar aksiyalar keçiririk. Yoxsul ailələrə, imkansızlara kömək edirik. Pakistan həmişə Azərbaycanın dəstəyini hiss edib. Bu, qürurvericidir”.

 

Bu sözləri Lent.az-ın müxbiri ilə söhbətində Pakistan Milli Assambleyasının deputatı, ölkənin ən varlı şəxslərindən sayılan Humayun Seyfulla Xan bildirib. Xanın dediyinə görə, Pakistan böyük nüvə dövləti olsa da, ciddi sosial problemlər yaşayır: “Qardaşımız Azərbaycanın Pakistanda humanitar aksiyalar keçirməsi isə bizi çox mütəəssir edir. Bizə şərəf gətirir. Amma Pakistan xalqı bütün çətinliklərə rəğmən öz qüdrətini qoruyub saxlaya bilir. Qardaş müsəlman dövlətlərinə də hər cür dəstəyi verməyə hazırdır”.

 

Seyfulla Xanın dediyinə görə, Pakistan Senatı Xocalı soyqırımını rəsmən tanıyıb.

 

“Biz Azərbaycandakı müsəlman bacı-qardaşlarımızın ağrısını öz ağrımız kimi qəbul edirik. Bunu öz içimizdə hiss edirik. Azərbaycana istənilən dəstəyi verməyə hazırıq. İstənilən an. Bircə çağırışınız bəsdir” - deyə, Seyfulla Xan bildirib.

 

Səbuhi Məmmədli,

İslamabad 

# 1505
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar