Rumıniyalı futbolçu “Qəbələ”də
17 yanvar 2013 12:53 (UTC +04:00)

Rumıniyalı futbolçu “Qəbələ”də

Rumıniyanın “Dinamo” (Buxarest) komandasının futbolçusu Kristian Pulhak “Qəbələ”yə keçir. Lent.az-ın “Gazeta Sporturilor”a istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanacaq.

 

O, ildə 180 min avro əmək haqqı alacaq. Əvəzində “Dinamo” ona son 4 ayda olan 56 min avro borcu ödəməyəcək.

 

Lakin “Qəbələ” klubunun baş meneceri Zar Əzizov Lent.az-a açıqlamasında Pulhakla anlaşdıqlarını təsdiqləməyib: “Düzdür, bizə belə bir futbolçu təklif olunmuşdu. O, səviyyəli oyunçudur. Amma digər alternativlərimiz də olduğundan, hələ yekun qərar verməmişik”.

 

Qeyd edək ki, Kristian Pulhak 17 avqust 1984-cü ildə doğulub. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Pulhak 2002-ci ildən Buxarest “Dinamo”suna məxsusdur. Lakin o, 2002-2003 mövsümündə “Poyana Kampina”, 2003-2004-cü il mövsümündə “Sportul Studentses”, 2010-2011-ci il mövsümündə isə “Herkules”də (İspaniya) icarə əsasında oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.

# 832
avatar

Oxşar yazılar