Mehmet Ali Birandın öldüyü barədə xəbər yayıldı
17 yanvar 2013 12:30 (UTC +04:00)

Mehmet Ali Birandın öldüyü barədə xəbər yayıldı

Bu gün Türkiyənin məşhur teleaparıcısı, “Kanal D” telekanalının xəbər proqramının rəhbəri Mehmet Ali Birandın vəfat etdiyi barədə xəbər yayılıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 72 yaşlı Mehmet Ali Birand dünən İstanbuldakı Amerikan Xəstəxanasında öd kisəsindəki stendin dəyişdirilməsi üçün əməliyyat olunub.

 

Mehmet Ali Birand əməliyyat zamanı ürəyinin dayandığı və həkimlərin səyi ilə yenidən həyata qaytarıldığı məlum olmuşdu. Bu gün isə Türkiyə mediası Mehmet Ali Birandın beyin ölümünün gerçəkləşdiyi barədə xəbər yayıb.

 

Xəbərin nə dərəcədə səhih olduğu hələlik rəsmən təsdiqlənməyib.

# 3219
avatar

Oxşar yazılar